Jan 07 2021 17:49
Views: 217

Bu gecə dünyanın bir sıra ölkələrində yeni həyatı, dirçəlişi, mərhəmət və şəfqət duyğularını təcəssüm etdirən Milad bayramı qeyd edilib. Pandemiya ucbatından bir çox ölkələrdə bayram mərasimi kütləvi şəkildə keçirilməyib. Pravoslavlar mərasimi əksər hallarda televiziya ilə izləyiblər. Bakıda da Milad bayramı hər il pravoslav xristian icması tərəfindən yüksək səviyyədə qeyd olunur. Dünyada nümunəvi tolerantlıq məkanı kimi tanınan Azərbaycanda milli-tarixi ənənələrin, multikultural dəyərlərin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.


Create Account



Log In Your Account