Jul 03 2020 18:30
Views: 520

Koronavirus pandemiyasına görə tətbiq olunan məhdudiyyətlər iqtisadiyyatın əksər sahələrinə təsir göstərib. Bunlardan biri də kənd təsərrüfatıdır. Aqrar sektorda üç əsas istiqamət var - məhsul istehsalı, daşınması və satışı. Pandemiyanın diktə etdiyi yeni şəraitə baxmayaraq, fermerlər kənd təsərrüfatı istehsalı üçün vaxtında vəsait alıblar və əkin işlərinə başlayıblar. Pandemiya dövründə kənd təsərrüfatı məhsullarına tələbatın azalması müşahidə edilir. Hazır məhsulların daşınmasına gəlincə, xüsusi karantin rejimi dövründə əhalinin məhsulla təmin edilməsində hər hansı problem yaşanmayıb. Kənd Təsərrüfatı Nazirliyi fermerlərin maliyyə xidmətlərinə çıxışını da yaxşılaşdırıb. Yaz əkini üçün subsidiya almaqdan ötrü edilən müraciətlər iyunun 30-da başa çatıb. Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 505 mindən çox fermer qeydiyyata alınıb. Aqrar Kredit və İnkişaf Agentliyi müvəkkil banklar vasitəsilə güzəştli kreditlər verməyə davam edir. Bu il 1709 fermerə 28 milyon manat məbləğində güzəştli kredit verilib. Maliyyənin böyük hissəsi heyvandarlıq sahəsi üçün nəzərdə tutulub.


Create Account



Log In Your Account