Jun 30 2020 18:01
Views: 268

Pandemiyanın dünya ölkələrinə təsiri fonunda Azərbaycanın qeyri-neft sektoru üzrə ixracında azalma müşahidə edilib. Belə ki, bu ilin yanvar-may ayları ərzində Azərbaycanda qeyri-neft sektoru üzrə 721 milyon dollar dəyərində ixrac reallaşdırılıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,9% azalıb. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin iyun sayında məlumat verilib.

Bu ilin ilk 5 ayı ərzində qeyri-neft sektoru üzrə ən çox mal Rusiyaya ixrac edilib. Ümumilikdə bu dövrdə ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında birinci yeri pomidor, ikinci yeri qızıl, üçüncü yeri isə qabığı təmizlənmiş meşə fındığı tutub. Ümumilikdə 2020-ci ilin ilk beş ayı ərzində meyvə-tərəvəz ixracı ilk yeri tutub.


Create Account



Log In Your Account