Aug 27 2018 19:05
Views: 603

Azərbaycan torpaqlarının 20 faizi artıq 25 ildən çoxdur ki işğal altındadır, bir milyondan çox azərbaycanlı öz doğma torpaqlarından didəgrin güşüb və bu gün Dağlıq Qarabağda əsasən ermənilər məskunlaşıb. İşğal olunmuş ərazilərdə məskunlaşdırılan ermənilərin sosial durumu ağırdır, ərazilərdə infrastruktur imkanları da geniş deyil. Əhalinin bu vəziyyətdə olmasına səbəb isə Ermənistanın ilk prezidenti Ter Petrosyandan tutmuş respublikanın hazırkı rəhbəri Nikol Paşinyanadək Ermənistan hakimiyyətində təmsil olunan şəxslərin yanlış siyasətidir. Paşinyan sələflərinin siyasətini davam edərək işğal olunmuş ərazilərə səfər edir, bir-birinə zidd bəyanatlar verir. Əlbəttə ki, bu addımlar danışıqlar prosesinə müsbət təsir edə bilməz. Geosiyasi məsələlər üzrə rusiyalı ekspert Andrey İvanpoun fikrincə, Ermənistan hakimiyyəti bu siyasəti davam etdirəcəyi təqdirdə münaqişənin nizamlanması prosesi daha da çətinləşə bilər.
Aprel döyüşlərində həlak olanlara abidə, erməni əsgər anaları ilə görüş, korrupsiyanı aradan qaldırmaq cəhdləri – bir sözlə Paşinyan xalqın rəğbğtini qazanmağa çalışır. Baş nazir anlayır ki, o yenidən küçədə qala bilər. Onu da anlayır ki, işğal edilmiş Dağlıq Qarabağ və ona bitişik 7 rayondan  qoşunları geri çəkdiyi halda erməni siyasi elitasının radikal qanadı ondan bunun intiqamını alacaq, özüdə ki, təkcə siyasi meydanda deyil.  Bu səbəbdən Nikol Paşinyan həll olunmamış münaqişənin məsuliyyət yükünü separatçıların üzərinə atmağa çalışır və bütün gün onların da danışıqlar masasına əyləşməli olduğundan danışır.
Siyasi analitik hesab edir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sentyabra planlaşdırılan görüşü yüksək səviyyədə danışıqlara özünəməxsus hazırlıqdır. Onun fikrincə, əgər görüşdə hansısa razılaşmalar əldə olunacaqsa, bunu Ermənistanda seçkilərdən sonra icra etmək mümkün olacaq.
Nikol Paşinyan hakimiyyətnin 100 günlüyü ilə  əlaqədar bir müddət əvvəl Yerevanda keçirilən mitinqdə bəyan edib ki, probelmin həllində xalqın mövqeyi olmadan bir addım da atmayacaq. Çox güman ki, baş nazir seçkilərdən sonra parlament partiyalarının təkliflərini dinləyəcək və sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dəqiq mövqeyini formalaşdıracaq. Maraqlıdır, belə olan halda Qarabağ ermənilərin müqəddəratını Ermənistan vətəndaşları həll etmiş olur. Bu bir daha göstərir ki, Ermənistan faktiki olaraq münaqişənin iki tərəfindən biridir.


Create Account



Log In Your Account