Aug 08 2019 15:44
Views: 241

Ermənistanın baş naziri Nikol Paşinyanın işğal altındakı Azərbaycan ərazisi olan Dağlıq Qarabağa getməsi və burda verdyi açıqlama sırf təxribat xaraketri daşıyaraq beynəlxalq hüquq normalarının tapdalanması deməkdir. Bunu CBC-yə açıqlamsında amerikalı politoloq  Piter Teys  deyib. O, Nikol Paşinyanın bu addımını “Ermənistanın faşist rəhbərliyi”nin Azərbaycana qarşı aparılan psixoloji müharibənin bir hissəsi adlandırıb.

Amerikalı ekspert hesab edir ki, bununla Ermənistan rəhbərliyi işğal olunmuş ərazilərdən didərgin düşən azərbaycanlıların öz doğma torpaqlarına qayıtmaq istəyinə mane olur. Eyni zamanda münaqişənin həlli istiqamətində səyləri boşa çıxarır.

Dağlıq Qarabağda sülh yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində erməni və azərbaycanlı əhalinin birgə yaşaması halında mümkün ola bilər. Amma Ermənistan rəhbərliyinin fəaliyyəti sülhə deyil, müharibəyə gətirib çıxara bilər.Ekspertllər bildirirlər ki, Nikol Paşinyan populist bəyanatlar verərkən reallığı nəzərə almalıdır.

Ekspertlər qeyd edirlər ki, Paşinyanın təxribatçı bəyanatı beynəlxalq ictimaiyyəti çaşdırmaqdan başqa bir şey deyil. eyni zamanda ölkədə gündən-günə azalan nüfuzunu artırmaq cəhdidir.


Create Account



Log In Your Account