Sep 19 2019 17:01
Views: 205

Uydurma vədlər, saxta rəqəmlər, xəyali layihələr... Ermənistanın baş naziri Nikol Paşinyan “Ermənistan 2050–Strateji İnkişaf Sənədi”nə görə həm ölkə daxilində, həm də xaricdə gülüş obyektinə çevrilib. Bu sənəddə qoyulan hədəflər reallıqdan çox uzaqdır və Ermənistanın maliyyə vəziyyətinə qətiyyən uyğun deyil. Baş nazir vəd verir ki, 30 il ərzində Ermənistan əhalisi 5 milyona çatacaq, 1,5 milyon iş yeri yaradılacaq. Lakin həm yerli, həm də xarici ekspertlər etiraf edirlər ki, ölkədə 50 faiz yoxsulluq var. Emiqrasiyanın sürətlə artdığı bir halda bu vədlər uydurmadan başqa bir şey deyil.

Bu layihədə qoyulan hədəflərin nə dərəcədə uydurma və qeyri-real olduğunu beynəlxalq təşkilatların rəqəmləri də təsdiqləyir. Paşinyan vəd edir ki, Ermənistanda ümumdaxili məhsul 15 dəfə artacaq. Halbuki, Asiya İnkişaf Bankı Ermənistandakı yoxsulluq səviyyəsini Əfqanıstan və bir sıra geridə qalmış ölkələrlə müqayisə edir. Dünya Bankının ötən il açıqladığı reytinqində ÜDM-ə görə Ermənistan 195 dövlət arasında 130-cu yeri tutub. Bütün bunlar bir daha sübut edir ki, Nikol Paşinyan həlli mümkünsüz olan vədlərlə əhalinin diqqətini ciddi problemlərdən yayındırır.

Ekspertlər əminliklə bildirirlər: nə qədər ki, Ermənistan işğalçılıq siyasətini davam etdirir, nə qədər ki erməni əsgərləri Azərbaycan torpaqlarından çıxmayıb, bu ölkədə heç bir iqtisadi və sosial layihənin perspektivi ola bilməz. Hələliksə, erməni xalqı yalnız yalançı vədlərlə kifayətlənməli olur.


Create Account



Log In Your Account