Aug 28 2019 19:52
Views: 496

Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti dəfə hüquqi savadsızlığını və ya yalan danışdığını sübut edib. Bunu Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva deyib. 
“Ermənistanın Baş naziri əgər xalqını barmağına dolamaq istəyirsə, bu onun öz işidir: "Lakin o, xüsusilə də məsələnin hüquqi tərəfinə gəldikdə, dünya birliyini aldatmağa müvəffəq olmayacaq. Xüsusilə, söhbət hüquqi müstəvidən gedirsə”.
Leyla Abdullayeva xatırladıb ki, Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibində muxtar vilayət statusu 1936 və 1977-ci illər SSRİ Konstitusiyalarında təsbit edilib. Digər tərəfdən,  müttəfiq respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməzdi. Erməni millətçilərinin Dağlıq Qarabağn Azərbaycan SSR-dən ayırmaqı cəhdləri SSRİ Konstitusiyasının açıq şəkildə pozulması ilə müşayiət olunurdu və buna görə də heç bir hüquqi nəticə doğurmadı. Ermənistan tərəfinin tez-tez istinad etdiyi 1990-cı il 3 aprel tarixli "Müttəfiq respublikanın SSRİ-dən çıxması ilə əlaqədar məsələlərin həlli qaydası haqqında" SSRİ Qanunu heç vaxt tətbiq edilmədi. SSRİ dağıldıqdan sonra Azərbaycan BMT-yə, eləcə də digər beynəlxalq təşkilatlara SSRİ dövründəki öz inzibati sərhədləri çərçivəsində daxil olub və həmin hüdudlar bütün dünya ictimaiyyəti tərəfindən Azərbaycanın beynəlxalq sərhədləri qismində tanınır. 
Leyla Abdullayeva Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın çıxışında “Dağlıq Qarabağ xalqı” ifadəsini işlətməsi məsələsinə də münasibətini açıqlayıb. Qeyd edib ki, nazirin Azərbaycanın ünvanına səsləndirdiyi iddialar tamamilə reallıqdan uzaqdır və danışıqların mahiyyətinə uyğun deyil. 
Ekspertlər də Ermənistan xarici işlər nazirinin açıqlamasının danışıqların gedişinə ziyan vurduğunu, münaqişənin sülh yolu ilə həlli prosesini ləngitdiyini hesab edirlər.


Create Account



Log In Your Account