Aug 14 2020 18:17
Views: 435

Ermənistanın Baş Naziri Nikol Paşinyan BBC telekanalında yayımlanan "HardTalk" verilişinin qonağı olub. Bu verilişdə qonaqlara maksimum tənqidi və çətin suallar verilir. Aparıcı Stiven Sakurun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi sualları cavablandırarkən Paşinyan çətin anlar yaşayıb. Belə ki, aparıcının "Siz buna qədər vəziyyəti gərginləşdirən bir sıra təxribat xarakterli addımlar atmısınız. Məsələn, niyə ötən ilin avqustunda siz Stepanakertə səfər edib çıxışınızda "Artsax Ermənistandır" demisiniz? Bu, açıq aşkar Azərbaycana qarşı təxribat idi" sualına cavabdan erməni Baş Nazir yayınmağa çalışıb. "Mən ona görə "Artsax Ermənistandır" demişəm ki, Dağlıq Qarabağda min illər boyu ermənilər məskunlaşıb və Artsax adı minilliklərlə tarixə sahibdir". Aparıcı Ermənistan Baş Nazirinin sözünü kəsərək onun hər zaman olduğu kimi saxta tarixə ekskursiya etməsinə imkan verməyib. Stiven Sakur onun hakimiyyətə gəldiyi vaxt sülhə nail olacağına dair verdiyi sözü yerinə yetirib-yetirmədiyi ilə maraqlanıb. Bu vədinə baxmayaraq işğal edilmiş torpaqlarda yol çəkməklərini xatırladıb. Nikol Paşinyan ermənilərin Qarabağ münaqişəsi zamanı törətdikləri müharibə cinayətləri ilə bağlı suala cavabında da şətin anlar yaşayıb. “Mən sadəcə bilmək istəyirdim ki, siz Ermənistan silahlı qüvvələrinin törətdiyi qanun pozuntuları və cinayətlərə görə məsuliyyət götürməyə və üzr istəməyə hazırsınızmı. Bu sadə bir sualdır. Bəli yaxud xeyr...” Bu proqram Ermənistanın ümumi siyasətinin yalan üstündə qurulduğunun növbəti sübutu oldu. Politoloq Elxan Ələsgərov və millət vəkili Sevinc Fətəliyeva CBC-yə şərhlərində belə deyiblər.


Create Account



Log In Your Account