Aug 20 2018 15:27
Views: 496

Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətinin 100 günlüyü ilə bağlı keçirdiyi mitinqdə səsləndirdiyi fikirlər göstərdi ki, onu ölkənin ağır sosial-iqtisadi durumu yox, yalnız hakimiyyətini uzatmaq məsələsi maraqlandırır. Siyasi ekspertlər hesab edir ki, Paşinyan bu müddət ərzində xalqa verdiyi vədləri nəinki yerinə yetirmədi, əksinə mövqeləri zəiflədi. Ermənistanın baş naziri hakimiyyətə gələrkən Dağlıq Qarabağ münaqişəsindən mövqelərini gücləndirmək üçün istifadə etməyə çalışsa da, tezliklə onun məqsədinin sadəcə zaman qazanmaq olduğu məlum oldu. Mitinqdə vətəndaşların daha çox iştirakına çalışan Paşinyan bununla öz siyasi elektoratının olduğunu nümayiş etdirməyə cəhd etsə də, bu gün seçicilərə verəcəyi bir vəd qalmayıb.

Sələflərini təqib etmək yolunu tutan Ermənistan baş nazirini parlamentdə çoxluğun Respublikaçılarda olması narahat edir. Bu səbəbdən parlamentdəki çoxluğu əldə etmək üçün növbədənkənar seçkilərin keçirilməsini istəyir. Mitinqdə də növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün konstitusiyaya düzəlişlər ediləcəyinin anonsunu verən Ermənistan baş naziri deyib ki, bu seçkilər yalnız baş nazir vəzifədə olduğu təqdirdə keçiriləcək. Bu gün Ermənistanda Paşinyanı qarşı çıxan qüvvələrin əhatə dairəsi isə genişlənir. Ekspertlər hesab edir ki, Ermənistan baş naziri öz fəaliyyəti ilə bu qüvvələrin güclənməsinə özü rəvac verib.

Ekspertlər hesab edir ki, Paşinyan hakimiyyətdə olduğu ötən müddətdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanın işğalçılıq mövqeyi dəyişməyib. İndiki məqamda Ermənistanda vəziyyəti real qiymətləndirə bilən qüvvələr hakimiyyətə gələcəyi halda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı irəliləyişdən və regionda sabitliyin təmin olunmasından danışmaq olar.


Create Account



Log In Your Account