Oct 12 2019 19:27
Views: 224

MDB Dövlət Başçıları Şurasının iclası, onun nəticələri və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə təsiri haqda studiyamızın qonağı - politoloq Elşad Mirbəşiroğlu ilə müzakirə aparmışıq.  
E.Mirbəşiroğlu MDB Dövlət Başçıları Şurasının iclasının əhəmiyyətindən danışıb.  
Qeyd edib ki, iclasda Azərbaycan prezidenti Ermənistanın faşizmi ideallaşdırmaqda ittiham etdi və konkret faktları səsləndirdi: “Prezidentin əsas fikri bundan ibarət idi ki, faşizmə qarşı mübarizədə ciddi itkilər verən MDB məkanında bu cür hallar yolverilməzdir. Paşinyan absurd dəlillərə istinad edərək bu məsələyə cavab verməyə çalışdı. Və bir daha öz dünyagörüşünün darlığını nümayiş etdirdi. Dedi ki, guya Qaregin Njde qondarma erməni soyqırımı zamanı türklərə qarşı mübarizə aparıb. Halbuki 1948-ci ildə Njdeyə qarşı faşizmlə əlaqələrinə görə cinayət işi açılıb. Bu şəxsə heykəl qoyulması həqiqətən də  Ermənistanın riyakar xislətini bir daha üzə çıxarır. Ermənilərin faşizm ideologiyasının tərəfadrı olduğunu sübut edir”.


Create Account



Log In Your Account