Aug 29 2019 19:28
Views: 211

Ermənistanın baş naziri Nikol Paşinyanın 2019-cu il avqustun 5-də Xankəndidə “Qarabağ - Ermənistandır və vəssalam” açıqlaması, Ermənistanla Dağlıq Qarabağın birləşdirilməsini nəzərdə tutan “miatsum” deməsi – bütün bunlar əslində bir daha Ermənistan hakimiyyətinin əsl simasını ifşa edir. Paşinyan özü bir daha sübut etmiş oldu ki, Ermənistanın dövlət siyasətinin mahiyyəti işğalçılıqdan başqa bir şey deyil.
Ekspertlər qeyd edirlər ki, Nikol Paşinyanın çıxışında “miatsum” ifadəsini səsləndirməsinin onun özünüifşa demək olduğunu yerli hakimiyyət nmayəndələri də anlayırlar. Ona görə də Ermənistanın Xarici İşlər Nazirliyi bəyanat verərək guya baş nazirin dediyi “miatsum”un mənəvi birliyini ehtiva etdiyini bildirib.
Ekspertlər vurğulayırlar ki, Nikol Paşinyan özünün marjinal maraqlarından çıxış edərək səsləndirdiyi belə məsuliyyətsiz fikirləri ilə beynəlxalq ictimaiyyətdə Ermənistanın işğalçı imicini daha da möhkəmləndirir. Bu ziddiyyətli bəyanatları ilə Ermənistanın baş naziri özünü ifşa edir, siyasi səriştəsizliyi ilə yanaşı, həm də dar dünyagörüşünə malik olduğunu nümayiş etdirir. 
Ekspertlər hesab edirlər ki, baş nazirin bu açıqlamalarından sonra beynəlxalq ictimaiyyət Ermənistanla bağlı ciddi ölçülərin götürülməsi haqqında qərar verməlidir. Çünki Paşinyanın məsuliyyəsiz bəyanatları Ermənistanın işğalçılıq siyasətində israrlı olması, qlobal təhlükəsizliyə ciddi təhlükə yaradır və dünya üçün olduqca təhlükəli presedent formalaşdırır.


Create Account



Log In Your Account