Dec 10 2018 18:10
Views: 287

Ermənistan özünün tarixində ən biabırçı, ən passiv seçkilərini keçirib. Rəsmi nəticələrə görə, seçicilərin yarıdan da az hissəsi - 48,63 fazi səsvermədə iştirak edib. Bu isə indiyədək keçirilən seçkilərdə ən aşağı göstəricidir.

Ermənistanın Mərkəzi Seçki Komissiyası Nikol Paşinyanın “Mənim addımım” bloku 70,43 faiz səslə seçkilərin qalibi elan edilib. Beləliklə, Ermənistanın yeni parlamentində yalnız Nikol Paşinyan və onun inqilabdakı müttəfiqləri olacaq. Ermənistanda keçirilən parlament seçkiləri ölkə tarixinə ən passiv seçki kimi daxil olub. İri şəhərlərin hamısında seçici fəallığı aşağı olub. Yerevanda seçicilərin cəmi 48 faizi, Gümrüdə– 39 faizi, Vanadzorda 47 faizi səs verib. Ölkə tarixində ilk dəfə olaraq vətəndaşlar seçkiyə əhəmiyyət verməyiblər. Səsvermə hüququna malik 2 milyon 592 min 481 seçicinin yarıdan da az hissəsi seçkidə iştirak edib.  Politoloq Arzu  Nağıyev deyir ki, ümumilikdə bu seçki qeyri-demokratik imici ilə yadda qaldır.

Artıq siyasi partiyalar kütləvi saxtakarlıq və qanun pozuntularının baş verdiyini açıqlayıblar. Ermənistanın Ombudsman Aparatı da seçki zamanı müşahidə olunan ciddi qanun pozuntuları ilə bağlı araşdırma aparıb. Ermənistanın Baş Prokurorluğu yanında işçi qrupa seçki pozuntularına dair 252 müraciət daxil olub. Ermənistan Respublikaçılar Partiyasının nümayəndəsi David Şahnazaryan bu seçkiləri Ermənistanın tarixində ən biabırçı seçkilər adlandırıb.

Ekspertlərin fikrincə, bu, bir daha erməni xalqının Paşinyan rejiminə əhəmiyyət vermədiyini göstərib. Küçədəki kütlənin köməyilə iqtidara gələn Nikol Paşinyan isə öz hakimiyyətinə seçkini saxtalaşdırmaqla başlayıb. O, seçkidən əvvəl qubernatorları dəyişib seçki aktivliyinə nail olmaq istəsə də, hakimiyyətinə legitimlik qazandıra bilməyib. Hətta ciddi saxtalaşdırmalardan, inzibati resurslardan sui-isitfadədən sonra da açıqlanan rəsmi rəqəmlərə görə, seçkiyə qatılanların 60-70%-i, yəni erməni seçilərinin ümumi hissəsinin yalnız 30-35 faizi Paşinyan komandasına səs verib, bundan daha artıq saxtalaşdırmalar etmək mümkün olmayıb. Ümumilikdə isə seçkinin nəticəsi olaraq Ermənistanda qeyri-legitim və anti Rusiya mövqeli bir hakimiyyət formalaşır.

Rusiyalı siyasi şərhçi Sergey Strokanın fikrincə, Ermənistan üçün Rusiya ilə pozulmuş münasibətlər, Gümrüdəki rus hərbi hissələrin çıxarılmasına dair tələblərin artması, sabiq prezident Robert Köçəryanın həbsi ilə bağlı məsələ gərginlik yaratmaqdadır. Rus analitik hesab edir ki, bu məsələlərin fonunda seçkidən sonra da Ermənistanda müsbət tərəfə hansısa dəyişiklik olacağını gözləməyə dəyməz. Çünki kələ seçkidən əvvəl Paşinyan rejimi represiv resurslardan istifadə edərək həbslər həyata keçirilib. Bu prosesin erməni xalqını hara aparacağını isə yaxın gələcək göstərəcək.

 


Create Account



Log In Your Account