Sep 25 2019 18:04
Views: 250

“Ermənistanın baş naziri Nikol Paşinyana buradan bir daha çatdırıram ki, Ermənistan-Azərbaycan münaqişəsində iki tərəf və iki maraqlı tərəf var”.

Bunu “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması”nın rəhbəri Tural Gəncəliyev jurnalistlərə açıqlamasında deyib. O, Paşinyanı Helsinki sənədləri ilə tanış olmağa çağırıb. Bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə gün öncə növbəti sərsəm açıqlama ilə gündəmə çıxaraq ATƏT-in ABŞ-dan olan keçmiş həmsədri Metyu Brayzanın guya münaqişə ilə bağlı məsələlərdən xəbərdar olmamasına irad tutub. Eyni zamanda, yenidən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qeyri-konstruktiv danışıqların ruhuna zidd bəyanat verib və danışıqlarda Dağlıq Qarabağ ermənilərinin xüsusi bir tərəf kimi rolunu qabardıb. Tural Gəncəliyev Ermənistan baş nazirini Helsinki sənədləri ilə tanış olmağa çağırıb. O, Dağlıq Qarabağın erməni icmasına da müraciət edərək, separatçı rejimin əsarətindən xilas olmağa çağırıb.


Create Account



Log In Your Account