Aug 28 2018 14:02
Views: 482

Ermənistanda hakim dairələr arasında davam edən siyasi çəkişmə ölkənin daxili və xarici siyasətini zəiflətməkdə davam edir. Bu ölkə ilə dost və strateji müttəfiq olan ölkələr Nikol Paşinyan hökumətinin hansı addımlar atacağından, bu qərarların nəticələrindən narahatlıq keçirir. Siyasi analitiklər baş nazir Nikol Paşınyanın mövcud problemlərin həllinə yox, rəqibləri ilə daxili çəkişmələr və ədabvətə vaxt sərf etməsini siyasi səhv adlandırırlar. Paşinyanın ambisiyaları hələ ki, xalqın istəyi ilə üst-üstə düşmür.
Rusiyalı politoloq deyir ki, Paşinyan hakimiyyətə gələn gündən təxribat dolu bəyanatlar yayır. Onun separatçı  Dağlıq Qarabağ rejiminin danışıqlara cəlb edilməsi fikrini səsləndirməsi vəziyyəti daha da çətinləşdirib. Danışıqlar prossesinin formatını dəyişdirmək istəyi Azərbaycanın sərt reaksiyasına səbəb olub. Sentyabır ayında BMT baş assambleyasının açılış sessiyasında Azərbaycan və Ermənistanın  xarici işlər nazirlərinin gözlənilən görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə oluna bilər.
Artıq Ermənistan əhalisi  Paşinyanın populist çıxışlarını deyil, kokret işə və nəticə gözləyir. Düşdükləri çətin  sosial  və iqtisadi uçurumdan xilas olmaq istəyir. Görünüən isə odur ki, Nikol Paşinyanın şəxsi ambisiyaları xalq və vətən sevgisindən daha üstründür. Bu isə Ermənistan üçün yeni bir uçurumun başlanğıcı deməkdir.


Create Account



Log In Your Account