Apr 11 2019 18:07
Views: 201

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Şurası Parlament Assambleyasında çıxış edib. O, çıxışında Dağlıq Qarabağ münaqişəsinə də toxunub. Bildirib ki, rəsmi Yerevan münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır.  Bu istiqamətdə ATƏT-in Minsk qrupu çərçivəsində fəaliyyət göstərmək istəyir.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Ülviyyə Ağayeva Ermənistan baş nazirinə BMT-nin işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi haqqında qətnamələrini xatırladıb və bu sənədlərin niyə icra olunmadığını soruşub. Ermənistanın baş naziri bu suala birbaşa cavab verməkdən yayınıb. Nikol Paşinyan növbəti dəfə danışıqlar formatını dəyişmək, Dağlıq Qarabağdakı separatçı rejimin danışıqlara cəlbindən danışıb.

Ekspertlər hesab edirlər ki, Paşinyanın AŞPA-dakı çıxışı rəsmi Yerevanın riyakarlığını növbəti dəfə nümayiş etdirib. Belə ki, Ermənistan baş naziri Avropa tribunalarından sülh çağırışı etsə də, ölkəsində Azərbaycana qarşı yeni ərazi iddiaları irəlis sürür.


Create Account



Log In Your Account