Dec 28 2018 17:07
Views: 488

“Biz bütün məsələləri müzakirə edə bilmədik”. Bu sözləri Ermənistan baş nazirinin vəzifəsini icra edən Nikol Paşinyan Rusiyaya səfəri zamanı Przident Vladimir Putinlə görüşü barədə deyib. Yerevana qayıtdıqdan dərhal sonra facebook səhifəsində görüşlə bağlı açıqlama verib. Paşinyan qeyd edib ki, görüşdə Rusiya ilə Ermənistan arasında münasibətlərin inkişaf istiqamətləri ilə bağlı müzakirələr aparılb. Qeyd edib ki, görüşün gündəliyi çox zəngin olub.  
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparılmayıb. Nikol Paşinyan bunun səbəblərini açıqlamayıb. Onun sözlərinə görə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibinin təyin olunması ilə bağlı da müzakirə çox qısa olub.
Paşinyanın açıqlaması Rusiya ilə qazın qiymətinə dair hansısa anlaşmanın da əldə olunmadığını göstərir. O qeyd edib ki, bu məsələ ilə əlaqədar hələlik konkret bir qərar qəbul olunmayıb.
Qeyd edək ki, Nikol Paşinyanın Moskvaya səfəri cəmi bir-neçə saat çəkib. Paşinyan Rusiya prezidenti ilə görüşdə ikitərəfli münasibətlərə dair digər məsələlərin də müzakirə olunduğunu bildirib. O, görüşün münasibətlərin məzmununu zənginləşdirdiyinə inandığını ifadə edib. Lakin görüşdə hansısa konkret nəticələrin əldə olunduğu barədə heç nə deməyib.

 


Create Account



Log In Your Account