Jun 05 2020 18:09
Views: 200

 “Prezident İlham Əliyevin Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən maskadan istifadə etməsi hər birimiz üçün nümunə olmalıdır. Hər bir vətəndaş öz şəxsi məsuliyyətini dərk etməli, Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməlidir”. Milli Məclisin sədri Sahibə Qafarova Parlamentin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında çıxışında belə deyib. Spiker hər kəsi qoyulan tələblərə əməl etməyə çağırıb.

Bu gün həm də “2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi I oxunuşda müzakirəyə çıxarılıb. Sənədi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib. Bildirib ki, 2019-cu ilin dövlət büdcəsinin icrasını qənaətbəxş hesab etmək olar. Belə ki, 2019-cu il üçün icmal büdcənin gəlirləri  34,0 milyard manat və ya proqnoza nisbətən 4,8 milyard manat çox, xərcləri isə 26,5 milyard manat icra olunub. İcmal büdcədə proqnoza nisbətən 5,6 milyard manat və ya 4,0 dəfə çox, yəni 7,5 milyard  manat büdcə artıqlığı (profisit) yaranıb. 2019-cu ildə dövlət büdcəsinin gəlirləri 24 milyard 218 milyon manat olmaqla proqnoza qarşı 1 milyard 50 milyon manat və ya 4,5 faiz çox icra edilib. Ötən il dövlət büdcəsinin xərcləri 97 faiz icra edilməklə 24 milyard 426 milyon manat təşkil edib. Maliyyə naziri Samir Şərifov və Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun çıxışlarından sonra müzakirələr aparılıb və deputatlar “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanunu qəbul ediblər.


Create Account



Log In Your Account