Sep 25 2019 16:59
Views: 250

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən Avrasiya ölkələri parlament sədrlərinin IV konfransı başa çatıb. Məqsədi Avrasiya məkanında əməkdaşlığın daha da dərinləşdirilməsi, qanunverici orqanların rəhbərləri arasında birbaşa dialoqun qurulması olan konfransın sonunda yekun bəyannamə qəbul olunub.

Konfransda 4 plenar iclas keçirilib, çoxsaylı ikitərəfli görüşlər olub. İki günlük konfransın sonunda iştirakçılar adından yekun bəyannamə qəbul edilib. Sənəddə Avrasiya qitəsində təhlükəsizlik naminə konstruktiv əməkdaşlığın inkiaş etdiriləmsinə dair müddəalar da yer alıb. Rusiya Dövlət Dumasının sədri Vladimir Volodin konfransın yekunlarına dair brifinqdə qeyd edib ki, parlamentlər fəaliyyətlərini cəmiyyətin maraqlarına uyğun qurmalıdır.

Konfransda Azərbaycanı Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə nümayəndə heyəti təmsil edib.  Avrasiya ölkələri parlament sədrlərinin növbəti görüşünün 2020-ci ilin ikinci rübündə İndoneziyanın Bali adasında keçirilməsi qərara alınıb.


Create Account



Log In Your Account