Sep 23 2019 17:22
Views: 982

Qazaxıstanda Avrasiya ölkələrinin parlament sədrlərinin IV toplantısı başlayır. Tədbirin əsas məqsədi çoxrtərəfli dialoqun yaradılmasıdır. Toplantı ilə bağlı keçirilən mətbuat konfransında CBC-nin əməkdaşı da iştirak edib.

Avrasiya ölkələrinin parlament sədrlərinin IV toplantısı “Böyük Avrasiya: Dialoq. Etimad. Tərəfdaşlıq” mövzusunda keçirilir. Nur-Sultanda ilk dəfə təşkil olunan tədbirə Avropa və Asiyanın 65 ölkəsindən parlament rəhbərləri, 14 beynəlxalq və parlamentlərarası təşkilatın rəhbərləri qatılıb. Avrasiya ölkələrinin parlament sədrlərinin IV toplantısında Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə Azərbaycan nümayəndə heyəti də iştirak edir.

Qazaxıstan parlamentinin üzvləri qeyd edirlər ki, “Böyük Avrasiya” bu gün daha çox populyar terminə çevrilib. Həm də yalnız coğrafi anamda deyil, geosiyasi və geoiqtisadi mənada.


Create Account



Log In Your Account