Dec 14 2019 20:26
Views: 397

Gələn ilin fevralın 9-da Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək siyasi partiyaların sayı 9-a çatıb. Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında seçkilərdə iştirak etmək üçün müraciət edən 6 siyasi partiyanın səlahiyyətli nümayəndələrinin qeydiyyata alınması məsələsinə baxılıb. Böyük Quruluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Milli Dirçəliş Hərəkatı, Azərbaycan Milli İstiqlal, Azərbaycan Demokrat və Böyük Azərbaycan partiyalarının nümayəndələri qeydə alınıb. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov parlament seçkilərinə hazırlıq prosesi barədə məlumat verib. O, seçkiləri müşahidə etmək üçün beynəlxalq təşkilatlara dəvətlər göndərdiyini də bildirib.


Create Account



Log In Your Account