Aug 05 2020 18:05
Views: 208

Koronavirus pandemiyası Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib, ölkəmizin xarici valyuta daxilolmalarının kəskin azalmasına və tədiyə balansının pisləşməsinə səbəb olub”. Bunu parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında bildirib. Komitə sədri qeyd edib ki, bu ilin martından başlayaraq COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi və sosial təcrid tədbirləri ölkədə işgüzar fəallığın və artım sürətinin zəifləməsinə səbəb olub. İqtisadiyyatın əksər sahələrinin inkişafına mənfi təsir göstərib. 

Maliyyə naziri Samir Şərifov qeyd edib ki, koronavirus pandemiyası böhran yönümlü təhlükələrin yaranması ilə nəticələnib. Əsas böhranlardan biri istehlak tələbinin azalmasıdır. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Dövlət Sosial Müdafiəsi Fondunun gəlirləri və xərclərinə nəzərdə tutulan dəyişikliklər barədə məlumat verib. Bildirib ki, azalma əsasən xərclərin optimallaşdırılması, əmək pensiyalarının və sosial müavinətlərin hesablanmasında, ödənilməsində nəzarətin və şəffaflığın daha da artırılması hesabına əldə olunub.

Layihə ilə bağlı müzakirələr zamanı deputatlar ölkədə iqtisadi fəallığın artırılması üçün təkliflər səsləndiriblər. Qeyd olunub ki, gələcəkdə təhsilin bu şəraitdə səmərəli təşkili üçün yollar araşdırılmalı, TƏBİB Səhiyyə Nazirliyi ilə birlikdə müvafiq qaydalar hazırlamalıdır. Eyni zamanda, təhsil xərclərinin azaldılması, sahibkarlarin dəstəklənməsi vacibdir. Müzakirələrdən sonra “2020-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik edilməsi barədə sənəd birinci oxunuşda qəbul edilib. Təklif edilən dəyişikliklərdən sonra İcmal büdcənin gəlirləri mövcud gəlirdən təxminən 5 milyard az olacaq. İcmal büdcənin kəsiri 8 milyard 436 milyon manat təşkil edəcək.  


Create Account



Log In Your Account