Nov 12 2019 17:38
Views: 54

Azərbaycan hökumətinin büdcə siyasəti və büdcə kəsiri ilə bağlı mövqeyi 2020-ci il üçün kifayət qədər məqbuldur. Bu fikir Milli Məclisdə gələn ilin dövət büdcəsinin müzakirəsi zamanı səsləndirildi. Baş nazir və rəsmilərin iştirak etdiyi iclasda Spiker Oqtay Əsədov bu il ərzində əldə olunan nailiyyətlər və gələn il üçün gözləntilərdən danışdı. Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, 2020-ci il büdcəsində neftin bir barrelinin qiymətinin 55 dollardan götürülməsi tamamilə düzgün qərardır.
Maliyyə naziri Samir Şərifov büdcənin əsas parametrlərini açıqladı. 2020-ci ilin dövlət büdcəsinin gəlirləri 24 milyard 134 milyon manat, xərcləri isə 26 milyard 914 milyon manat, icmal büdcənin gəlirləri isə 27 milyard 533 milyon manat təşkil edəcək. 
İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirdi ki, ölkədə həyata keçirilən uğurlu islahatlar, maliyyə iqtisadi potensialın artması, iqtisadiyyatın dayanıqlılığını  saxlaması, mənfi xarici təsirlərə qarşı müqavimətin artırılmasına xidmət edəcək. Nazir qeyri-neft sənayesində gözlənilən artım proqnozlarını açıqladı və görülməsi vacib işləri vurğuladı.  
Hesablama Palatasının sdəri Vüqar Gülməmmədov vurğuladı ki, 2020-ci ilin dövlət büdcəsi layihəsi yeni vahid büdcə təsnifatına əsasən tərtib edilmiş ilk büdcədir. Onun sözlərinə görə, Hesablama Palatasının hazırladığı rəydə büdcə layihəsinin icrası ilə bağlı 30-a yaxın tövsiyə verilib. 
Rəsmi məruzələrdən sonra  deputatlar büdcə xərclərinə dair fikirlərini bildirdilər. 

 


Create Account



Log In Your Account