Apr 17 2019 14:34
Views: 390

Bakıda ənənəvi pasxa bazarı fəaliyyətə başlayıb.Yarmarkanın piştaxtasında ikonalar, şamlar, boyanmış yumurtalar, pasxa tortları  və digər məhsullar satışa çıxarılıb. Xeyriyyə məqsədilə təşkil olunan yarmarkadan əldə olunan gəlir valideyn himayəsindən məhrum uşaqlara yardım üçün yönəldiləcək.

Bakı pasxa bazarı 10 ildir ki keçirilir. Xeyriyyə yarmarkası Bakıdakı  Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində təşkil olunur. Yarmarkanı Rus Pravoslav Kilsəsinin Bakı - Azərbaycan Yeparxiyası və Rossotrudniçestvo təşkilatınınIn nümayəndəliyi birlikdə təşkil edir.

Xeyriyyə yarmarkası hər il pravoslavların əsas bayramı olan Pasxa ərəfəsində keçirilir. Bu  il pravoslavlar pasxa bayramını aprelin 28-də qeyd edəcək.


Create Account



Log In Your Account