Jun 18 2019 20:04
Views: 1305

“Azərbaycanda pasiyentlərin sağlamlığına vurulan zərərin müəyyən edilməsi üzrə komissiya yaradılacaq”. Bu, yeni hazırlanan “Pasiyentin və tibb işçilərinin hüquqları haqqında” qanun layihəsində əksini tapıb. Qanun layihəsi Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında ilkin variantda müzakirəyə çıxarıldı. Layihəyə əsasən, pasiyentə tibbi yardım göstərilən zaman onun sağlamlığına ziyan yetirilərsə, bu halda zərərin ödənilməsi hüququ var. Pasiyentin sağlamlığına vurulmuş zərərə görə mülki hüquqi məsuliyyətin şərtləri və qaydaları, habelə kompensasiyaların ödənilməsi qaydaları qanunvericiliklə müəyyənləşdirilir.
Səhiyyə komitəsinin üzvləri və tibbi ekspertlər yeni qanunun yaradılmasını zəruri hesab etdilər. Onlar qanun layihəsində yer alan maddələrlə bağlı fikirlərini bölüşdülər.
İclasda həmçinin “Beynəlxalq Hərbi-Tibb Komitəsinin Nizamnaməsi”nə qoşulmaq haqqında Sazişin ratifikasiyasını özündə əks etdirən sənəd də Milli Məclisin plenar iclasına tövsiyə olundu.


Create Account



Log In Your Account