Jun 13 2019 15:30
Views: 298

5 nömrəli tam orta məktəbdə yanğın zamanı hərəkətlər və təxliyə planına dair praktiki təlim keçirilib. Təlimin keçirilməsində məqsəd uşaqlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətini formalaşdırmaq, fövqəladə hadisələr zamanı şagird və müəllim heyətinə davranış qaydalarını öyrətmək, bilik və bacarıqları təkmilləşdirmək, hadisələrə qarşı məktəbliləri psixoloji cəhətdən hazırlamaqdan ibarətdir. Tədbirin nəzəri hissəsində yanğından, dəm qazından mühafizə, meşələrdə və çimərlikdə təhlükəsizlik tədbirləri, fövqəladə hal zamanı davranış qaydaları, yaralılara tibbi yardımın göstərilməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, obyektə kimyəvi kəşfiyyatın təşkili, od söndürən balondan istifadə mövzuları üzrə ərtaflı məlumatlar verilib. Şagirdlərin fövqəladə hallarla bağlı bilikləri yoxlanılıb. Praktiki hissədə isə məktəblilər əyani vəsaitlərlə tanış olublar. İlkin yardım və təxliyə zamanı bacarıqlarını nümayiş etdiriblər.


Create Account



Log In Your Account