Dec 12 2018 18:02
Views: 383

Milli lider Heydər Əliyevin anım günü ilə əlaqədar  Azərbaycan xalqı ulu öndərin xatirəsini yad edir. Paytaxt sakinləri Fəxri xiyabana gələrək  milli liderin məzarını ziyarət edib. Bu gün bütün azərbaycanlılar öz qəhrəmanını böyük hörmət və ehtiramla anır. İnsanlar Fəxri Xiyabana gələrək Hedər Əliyevin məzarı  önünə gül dəstələri qoyublar və ruhuna dualar oxuyublar.

Heydər Əliyevin vəfatından 15 il keçməsinə baxmayaraq, milli lider xalqın yaddaşında yaşayır. Bu gün Azərbaycan xalqı Heydər Əliyevin misilsiz xidmətlərini yüksək qiymətləndiririr. Milli lider müasir Azərbaycanın qurucusu və xalqımız xilaskarı kimi yaddaşlara həkk olub.

Milli liderin xatirəsini yad etmək üçün Azərbaycanın müxtəlif bölgələrindən gələnlər də olub. Onlar ulu öndərin məzarını ziyarət edərək öz mənəvi borclarını yerinə yetirirlər.

Qeyd edək ki, Azərbaycanın milli lideri, görkəmli siyasi xadim, ulu öndər Heydər Əliyev 12 dekabr 2003-cü ildə dünyasını dəyişib.

 

 


Create Account



Log In Your Account