Mar 26 2020 14:56
Views: 161

Paytaxtda insanların sıx toplaşdığı ərazilərdə gün ərzində iki dəfədən az olmayaraq dezinfeksiya işləri həyata keçirilir. Bu haqda Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə parklar, uşaq meydançaları, inzibati binalar ilə yanaşı insanların sıx toplaşdığı ərazilərdə mütəmadi olaraq dezinfeksiya işləri həyata keçirilir. Bu ərazilərdə oturacaqlar, səkilərdən tutmuş hər bir yer gün ərzində iki dəfədən az olmayaraq dezinfeksiya edilir.

Bu gün səhər Dənizkənarı Bulvar ərazisində də növbəti dezinfeksiya işləri aparılıb. Dənizkənarı Bulvar idarəsinə məxsus texnika MilliParka çıxarılıb. Bulvarın hər yeri təmizlənib, dezinfeksiya olunub.

Növbəti dezinfeksiya zamanı bulvarın ərazisində yerləşən bütün inzibati binalar, yeməkxanalar, anbarlar və ofislər xüsusi dərman məhlulları ilə dezinfeksiya olunub. halinin bulvara gəlməsinin qaşrısnı almaq məqədilə  Milli Park ərazisində bütün iaşə məssisələri və  parklanma yerləri də bağlanıb. 


Create Account



Log In Your Account