Jun 17 2019 15:35
Views: 496

Bakı müasir və qədim memarlıq ənənələrinin vəhdət təşkil etdiyi nadir şəhərlərdən biridir. Paytaxtımızda müasir göydələnlərlə yanaşı 19-20-ci əsrlərdə inşa edilən nadir memarlıq incilərinə də rast gəlmək mümkündür. Məhz bu da Bakını şərq və qərbin qovuşduğu məkan kimi cəlbedici edir.

Xatirə lövhələrinin yanında dörd polşalı memarın adları ilə yanaşı həm də onların layihələri əsasında inşa edilən möhtəşəm binaların daşdan yonulmuş təsvirləri sərgilənir. İosif Qoslavski, Kazimir Skureviç, İosif Ploşko və Yevgeni Skibinskinin adı ilə bağlı olan bu binalar bu gün də paytaxtın ən gözəl memarlıq əsərləridir. Lövhənin yerləşdiyi küçəyə Polşa memarları küçəsi adı verilib. Hazırda bu binada Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi-TRASEKA-nın mənzil qərargahı yerləşir.

Milyonçu Murtuza Muxtarovun 1911-1912-ci illərdə osetin mənşəli həyat yoldaşı Yelezaveta Tuqanova üçün inşa etdirdiyi saray 1920-ci ilə qədər Muxtarovun evi kimi tanınıb. Fransız qotikası ruhunda inşa edilmiş bu möhtəşəm tikili bolşeviklər Azərbaycanı işğal etdikdən sonra nikah evi kimi fəaliyyət göstərib. 2012-ci ildə restavrasiya olunan binanın bir hissəsi işgüzar görüş yeri, 2-ci hissəsi Vətəndaş Vəziyyti Aktlarının Qeydiyyatı mərkəzi kimi fəaliyyət göstərir.

Polşalı memarları Bakıdakı izləri Səadət sarayı, İsmailiyyə binası, Bakı Şəhər İcra Hakimiyyətinin binası kimi memarlıq nümunələri ilə məhdudlaşmır. Bu da təsadüfi deyildi. XIX əsrin sonu, XX əsrin əvvəllərində Bakıda neftin çıxarılması şəhərin memarlıq görkəminə təsirsiz ötüşməyib. Şəhərin ərazisi genişləndikcə yeni binalar inşa edilir, rayonlar meydana gəlir.

19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində Bakının memarlıq simasının formalaşmasında iştirak edən polşalı memarlar inşa etdikləri binalarda Azərbaycanın memarlıq irsinin elementlərini geniş istifadə ediblər. Bu işdə onlara yerli memarlar da yardım edib. Belə ki, şəhərin mərkəzi hissəsinin tikintisində polşalı və Azərbaycanlı memarlar çiyin çiyinə çalışıb. Bu binalarda qotika, borokko, postmodern, modern kimi fərqli memarlıq üslubu olsa da, onları birləşdirən element milli ənənələri əks etdirməsidir. əcnəbi olsalar da, polşalı memarlar bu məqama xüsusi diqqət yetiriblər.

Polşalı memarlar təkcə Bakının tanınmış tarixi binaları deyil, həm də adi yaşayış binalarının memarlıq layihələrinin müəllifi olublar. Onların dəst-xətti daha sonra 50-ci, eləcə də 70-ci illərdə inşa edilən binalarda da hiss olunur. Bu bir daha sübut edir ki, Azərbaycanın multukultural dəyərləri onun memarlıq sənətindən də yan keçməyib. Eyni zamanda Bakı onun simasının gözəlləşməsində rolu olan polşalı sənətkarları unutmur. Təsadüfi deyil ki, polyak memarlara həsr olunan xatirə lövhəsinin açılışında Azəraycan və Polşa prezidentləri iştirak ediblər.


Create Account



Log In Your Account