Apr 16 2018 18:19
Views: 207

Azərbaycanda “Peşə təhsili haqqında” qanun layihəsi üzərində iş başa çatıb, sənəd parlamentdə üçüncü oxunuşa çıxarılmaq üçün tam hazırdır. Bu haqda Milli Məclisin elm və təhsil komitəsinin bu gün keçirilən iclasında məlumat verildi. Komitənin sədri İsa Həbibbəyli bildirdi ki, iki oxunuş zamanı səslənən təkliflərin əksəriyyəti layihədə öz əksini tapıb, sənəd daha da təkmilləşdirilib. Bəzi maddələr ixtisar olunub,  qanunun dili sadələşdirilib. Müzakirə doğuran bir sıra məsələlərə, o cümlədən peşə məktəblərinə sərmayə qoymaq istəyən xarici investorlarla bağlı məsələyə aydınlıq gətirilib. Belə ki,Azərbacyanda peşə məktəbi açmaq istəyən əcnəbi vətəndaş pedaqoji kadrlar ististan olmaqla, texniki işçiləri xaricdən gətirə bilməz. 
Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyyə olunub.


Create Account



Log In Your Account