May 20 2019 19:54
Views: 824

“DOST” agentliyi “Gümüşü könüllülər” proqramına start verib. Bu təşəbbüsə əsasən artıq pensiyaçılar da  “DOST” agentliyində könüllü olaraq vətəndaşlara xidmət göstərmək  imkanı əldə edib. Pensiyaçı könüllülər vətəndaşları qarşılamaq, onları xidmətlərlə bağlı məlumatlandırılmaq, növbə vermək, xidmət pəncərələrinə yönləndirmək və digər məlumatlandırıcı xidmətlərin göstərilməsində yaxından iştirak edir. Pensiyaçı könüllülər onlar üçün yaradılan bu imkandan, gənclərlə birgə işləməkdən məmnun olduqlarını deyir.
“DOST” agentliyində könüllülər xidməti 3 istiqamətdə aparılır. Əsas istiqamət  gənc dost proqramı üzrə gənclərin könüllülük fəaliyyətinə cəlb olunmasıdır. İkinci istiqamət isə əlilliyi olan şəxsləri əhatə edir. İrəli sürülən yeni təşəbbüs isə pensiyaçı könüllüləri əhatə edir. Gənc könüllülər də yaşlı həmkarları ilə işləməkdən, onların həyat təcrübəsindən yararlanmaqdan məmnundurlar.
“DOST” agentliyinin “Gümüşü könüllülər” proqramı davamlı olaraq həyata keçiriləcək. Hər bir pensiyaçı könüllü  2 ay müddətində “DOST” agentliyində bu imkandan yararlana biləcək.
Qeyd edək ki, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin ilk DOST mərkəzi Yasamalda yerləşir və ilkin mərhələdə Yasamal və Səbail rayonlarının əhalisinə xidmət  göstərir. Mərkəzdə il ərzində 100 mindən artıq vətəndaşa “Bir pəncərə” prinsipi ilə məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində 126 xidmət göstəriləcək.


Create Account



Log In Your Account