Feb 16 2018 19:11
Views: 1174

Azərbaycanda pensiya xərclərinin məbləği 3.3 milyard manat təşkil edir. Bu da 2003-cü illə müqayisədə 17 dəfə çoxdur. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev CBC-yə müsahibəsində belə dedi. Bildirdi ki, 2006-cı ildən keçirilən islahatlar nəticəsində pensiya sistemində sığorta prinsipləri tətbiq edilməyə başlayıb. Bunun üçün sosial sığorta, fərdi uçot və pensiya təminatını özündə birləşdirən halqa formalaşdırılıb. Bu da əhalinin layiqli pensiya təminatına, onları bütün hallarda iqtisadi risklərdən siğortalanmağa imkan verir. Prezident İlham Əliyevin imzaladığı 9 sərəncamla əmək pensiyalarının baza hissəsinin artırılması təmin edilib.
İdris İsayev bildirir ki, sosial pensiya siteminin əsas təminatı sosial sığortadır. Sosial sığorta olmasa, pensiya təminatını maliyyələşdirmək mümkün deyil.
Nazir müavininin sözlərinə görə, indi ölkədə pensiya sistemində müxtəlif növ pensiya alan 1 milyon 318 min pensiyaçı var. Eyni zamanda sığorta olunanların sayı isə 3,5 milyona yaxındır. Ümumilikdə, əhalinin 50%-i pensiya sistemində bu və ya digər formada iştirak edir.


Create Account



Log In Your Account