Apr 15 2019 16:00
Views: 401

Azərbaycan ABŞ-ın starteji tərəfdaşıdır. Bunu CBC-nin Vaşinqton bürosuna eksklüziv müsahibəsində ABŞ-ın müdafiə nazirinin köməkçisinin Rusiya, Ukrayna və Avrasiya üzrə müavini Laura Kuper deyib. O, Azərbaycanın ABŞ-la hərbi sahədə əməkdaşlığını yüksək qiymətləndirib. Eyni zamanda, Azərbaycan-NATO tərəfdaşlığının əhəmiyyətini xüsusi vurğulayıb.

Pentaqon rəsmisi xüsusilə Əfqanıstanda sülhyaratma əməliyyatlarında Azərbaycanın roluna diqqət çəkib. Onun sözlərinə görə, Azərbaycan beynəlxalq təhlükəsizliyi təhdid edən terrorizmlə mübarizəyə öz töhfəsini verir. NATO da Azərbaycanı həlledici tərəfdaşı hesab edir. Azərbaycan hərbçilərinin Kabulda Həmid Kərzayi aeroportunun təhlükəsizliyini təmin etdiyini xatırladan xanım Kuper bunun çox vacib missiya olduğunu bildirib.

Xatırladaq ki, ABŞ-ın müdafiə nazirinin köməkçisinin Rusiya, Ukrayna və Avrasiya üzrə müavini Laura Kuper 2018-ci ildə Azərbaycana səfər edib. O, ölkə rəhbərliyi, müdafiə naziri, sərhəd xidmətinin rəisi və digər rəsmilərlə görüşüb. İki ölkə arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə olunub.


Create Account



Log In Your Account