Mar 29 2019 18:15
Views: 823

Avropa İttifaqı üçün əsas çağırışlardan biri qaz tədarükünün şaxələndirilməsi, ən mümkün ssenari isə Azərbaycandan qaz almaqdır. Bunu CBC-yə eksklüziv müsahibəsində Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto deyib. Bildirib ki, əks halda Avropa LNG – yəni sıxılmış, maye qaz almaq məcburiyyətində qalacaq ki, bu da həm qiymət, həm də həcm baxımından sərfəli deyil. Peter Siyarto ölkəsinin Azərbaycandan Cənub Qaz Dəhlizi vasitəsilə mavi yanacaq almaq istədiyini diqqətə çatdıdırb.

Peter Siyarto Macarıstanın Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən nəqliyyat layihələrinə də maraq göstərdiyini deyib. Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu Çinin məşhur “Bir kəmər-Bir yol” təşəbbüsünün tərkib hissəsi olduğundan onun önəmi daha da artır.

Peter Siyarto ölkəsinin Azərbaycanla iqtisadi ticarət əlaqələrini genişləndirməkdə maraqlı olduğunu bildirib. Onun sözlərinə görə, xüsusilə turizm, qarşılıqlı sərmayə qoyuluşları, energetika, nəqliyyat kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar var. Eyni zamanda, Macarıstan Azərbaycan məhsullarının Avropa bazarlarına çıxışı üçün qapı rolu oynaya bilər.


Create Account



Log In Your Account