Mar 11 2019 13:56
Views: 1122

 SOCAR-ın Azərbaycan üçün qazandığı gəlirlərin böyük hissəsini xarici bazarlardan əldə edir. Bu günlərdə SOCAR-ın Türkiyədəki ilk və ən əsas aktivi olan Petkim Neft Kimya Kompleksi ilə bağlı açıqlanan maliyyə hesabatı bunu təsdiqləyir. Bu haqda CBC-yə SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İvrahim Əhmədov məlumat verib. Onun sözlərinə görə, maliyyə hesabatından PETKİM-in ili müsbət nəticə ilə yekunlaşdırdığı bəlli olub.

“Ötən il PETKİM-in 872 milyon türk lirəsi xalis mənfəəti və 9, 3 milyard türk lirəsi məbləğinfə ümumi gəlirləri olub. PETKİM-in aktivləri ötən il ərzində 62 faiz artaraq 12,6 milyard türk lirəsini keçib. Bu, epizodik hadisə deyil. Bu, PETKİM-in SOCAR-ın idarəçiliyi və menecmentiyi altında olduğu 11 ildə davamlı olaraq göstərdiyi nəticələr və ümumi səhnələrin bir bissəsidir. Həmin dövrdə təkcə Petkimin yox, SOCAR-ın ümumi gəlirləri də ciddi şəkildə artıb”.

On il əvvəl SOCAR Azərbaycanda fəaliyyət göstərən lokal hasilatçı şirkət idisə, indi qlobal bir şirkətə çevrilib. Bu müddət ərzində SOCAR-ın gəlirləri dəfələrlə artıb ki, bu da şirkətin təkcə hasilatda deyil, digər əməliyyatlarda da fəaliyyətini  şaxələndirməsi ilə əlaqəlidir. Gəlirlərin artması emalda və nəqldə yeni biznes sahələrinin yaradılması və onların qlobal müstəvidə yayılması ilə əlaqəlidir.


Create Account



Log In Your Account