Mar 26 2020 18:57
Views: 168

 “Kim deyirsə ki, mən xəstələnməyəcəyəm – elə ilk olaraq həmin adam xəstələnəcək”. Bunu Türkiyədə fəaliyyət göstərən tibb elmləri doktoru, professor, Türkiyə Parazitoloqlar Cəmiyyətinin fəxri üzvü Adil Allahverdiyev CBC-yə müsahibəsində bildirib. Professor bildirir ki, hələlik koronavirusun spesifik müalicə metodu və peyvəndi olmadığına görə yeganə yol profilaktik tədbirlərin görülməsidir.

Elmi həyatının böyük hissəsini peyvənd hazırlanmasına həsr edən professor Adil Allahverdiyev deyir ki, koronavirusa qarşı dərmanın nə vaxt hazırlanacağı, orqanizmin dərmana necə reaksiya verəcəyi, virusun özünü necə aparacağı bəlli deyil. Məsələn, hələ bir neçə il əvvəl SARS virusuna qarşı peyvənd yaratmağa çalışsalar da, həmin peyvənd tətbiq oluna blməmişdi.

 Adil Allahverdiyev Azərbaycanda aparılan önləmə tədbirlərini yüksək qiymətləndirdirildiyini, hökumət tərəfindən zamanında və düzgün qərarlar verildiyini bildirdi. Vətəndaşlara isə yalnız qoyulan şərtlərə əməl edib özünü və ətrafını qorumaq qalır.


Create Account



Log In Your Account