Jun 28 2018 18:42
Views: 1289

Azərbaycanın qədim sənət və mədəniyyət mərkəzlərindən olan Şəkidə 9-cu “İpək Yolu” Beynəlxalq Musiqi Festivalına start verilib. Rəsmi açılış mərasimindən sonra Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin konserti baş tutub. Orkestrin repertuarına müxtəlif janrlı əsərlər – klassik, caz, estrada və populyar musiqi daxildir. Repertuarda vətənpərvərlik ruhunda xalq və bəstəkar mahnılarına xüsusi yer verilir. Musiqi bayramında Türkiyə, Rusiya, Macarıstan və Qazaxıstandan gəlmiş rəqs və musiqi qrupları, istedadlı ifaçılar, Azərbaycanın tanınmış teatr və musiqi kollektivləri iştirak edirlər.
Qeyd edək ki, festival Mədəniyyət Nazirliyi, Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilir.


Create Account



Log In Your Account