Apr 30 2019 14:07
Views: 579

Minskdə İpək Yoluna Dəstək Qrupunun “Bir kəmər, bir yol: davamlı inkişaf və firavanlıq naminə əməkdaşlığın dərinləşməsi” mövzusunda ikinci beynəlxalq konfransı işinə başlayıb. ATƏT Parlament Assambleyasının vitse-prezidenti, Milli Məclisin deputatı Azay Quliyev  bildirib ki, qədim İpək Yolu dünyanın böyük sivilizasiyaları arasında mübadilə imkanı yaradıb, bu marşrut boyunca yerləşən bütün ölkələri bir-biri ilə sıx bağlayıb. Həmin ölkələrin zəngin iqtisadi və sosial resursları olduğuna görə müasir dövrdə İpək Yolunun canlanmasına kömək etmək zəruridir. Bu, qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin daha da inkişaf etməsinə şərait yaradır.

Azay Quliyev bildiirb ki, qrupun yaxın vaxtlarda yaradılmasına baxmayaraq hazırda 24 ölkə onun tamhüquqlu üzvləridir və onların çoxu qrupun tədbirlərinin keçirilməsində maraqlı olduğunu bildirib. ATƏT PA bu istiqamətdə görülən tədbirləri dəstəklədiyini bəyan edib. Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Tahir Mirkişili isə bildirib ki, qədim ipək yolunun bərpasını nəzərdə tutan “Bir kəmər bir yol” təşəbbüsü insanlara fayda gətirmək üçündür. Amma layihənin keçdiyi regionlara baxanda bir çox ölkələrdə konfliktlərin, işğalçılıq siyasətinin nəticələrini görürük.

Qeyd edək ki, İpək Yoluna Dəstək Qrupu 2017-ci il iyulun 8-də ATƏT PA-nın Minskdə keçirilmiş 26-cı illik sessiyasında yaradılıb.


Create Account



Log In Your Account