May 31 2018 14:14
Views: 581

“İpək əsərlər, ipək səslər”… Şəffaf ipək üzərində rəsm və təkəlduz nümunələrindən ibarət sərgi və konsert belə adlanır. Sərgidə 60 əsər nümayiş olundu. Onların böyük əksəriyyəti Tünzalə Məmmədzadənin əl işidir.  
Sərgidə balaca rəssam Cəmilənin rəngarəng qaşlarla bəzədiyi əsərləri də  yer alıb. Rəssam ailəsində yetişən məktəbli bu sənətə böyük marağı olduğunu deyir.
Adi rəsm əsərindən fərqli olaraq ipək üzərində işləmək yüksək həssaslıq tələb edir. Kətan üzərində yağlı boya ilə rəsm çəkərkən səhv etdikdə, onu düzəltmək mümkün olsa da, bunu ipək üzərində etmək mümkün deyil. Buna görə də hər bir əsər xeyli vaxt tələb edir. Hər biri 4-5 aya ərsəyə gələn nadir xəttatlıq nümunələri ziyarətçilərin böyük marağına səbəb oldu.
Sərgi Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə təşkil olunub. Tədbirdə qeyd olundu ki, ipək üzərində rəsm sənətinin tarixi çox qədimdir. Bu incə sənətin Azərbaycanda təbliği və daha geniş auditoriyaya çatdırılması mədəniyyətimizin inkişafı baxımından vacib addımdır.


Create Account



Log In Your Account