Jun 04 2019 17:30
Views: 393

Böyük Azərbaycan şairi Seyid İmadəddin Nəsiminin 650 illiyi ilə əlaqədar Beynəlxalq Astronomiya İttifaqı  kiçik planetlərdən birinə onun adının verilməsi barədə qərar qəbul edib. Bu barədə vəsatəti Azərbaycan astronomu,  Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Beynəlxalq Astronomiya İttifaqı  üzvü Əyyub Quliyev qaldırıb. Nəsimi planetinin kataloq nömrəsi 32.939, hərəkət zonası isə Mars və Yupiter planetlərinin arasındakı asteroid qurşağıdır. Bu planet 1995-ci ilin oktyabrın 24-də Çexiya astronomları tərəfindən Klet rəsədxanasında aşkar edilib və uzun müddət 1995 UN2 şərti ad daşıyıb. İndiyədək o, dünyanın müxtəlif rəsədxanalarında 807 dəfə müşahidə olunub.


Create Account



Log In Your Account