Jun 01 2019 16:31
Views: 249

Azərbaycan Prezidenti İlham Əliyevin adından Polşa Prezidenti Andjey Dudanın şərəfinə rəsmi ziyafət verilib. “Bu, Sizin ölkəmizə ilk rəsmi səfərinizdir”, - deyən Prezident İlham Əliyev özünün Polşaya rəsmi səfərlərini xoş təəssüratlarla xatırladığını vurğulayıb. Dövlət başçısı iki ölkə arasında mövcud əlaqələrin inkişafı üçün geniş imkanların olduğunu qeyd edib. Xalqlarımız arasında əlaqələrin tarixi köklərinin olduğunu vurğulayan Prezident İlham Əliyev vaxtilə Azərbaycanda məskunlaşmış polşalıların ölkəmizin ictimai-siyasi və iqtisadi həyatında fəal rol oynadıqlarını bildirib.

Prezident İlham Əliyev bildirdi ki, regionun ən ağrılı problemi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmamış qalır. Dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun, ədalətli həllinin tərəfdarıdır. Prezident İlham Əliyev Polşanın münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəklədiyinə görə minnətdarlığını bildirib.

Polşa Prezidenti Andjey Duda ikitərəfli əlaqələrin inkişaf səviyyəsindən məmnunluğunu bidirib. Andjey Duda Polşa memarlarının xatirəsinə lövhə açılması, xüsusi poçt markasının buraxılması və Bakının mərkəzi küçələrindən birinin “Polşa memarları” adlandırılmasını onların xatirəsinin yüksək səviyyədə anılması kimi dəyərləndirib və buna görə Prezident İlham Əliyevə təşəkkür edib.


Create Account



Log In Your Account