Feb 26 2021 16:46
Views: 5019

Polşa Azərbaycanlılar Şurasının təşkilatçılığı ilə Xocalı soyqırımının qurbanlarının xatirəsinin anılması məqsədilə həm Azərbaycan Evində, həm də Varşavanın mərkəzi “Plac Zamovy” meydanında tədbirlər keçirilib. Meydanda keçirilən tədbir zamanı üzərində Xocalı faciəsini əks etdirən məlumat və fotolar olan bukletlər şəhər sakinlərinə və turistlərə paylanılıb. Meydanda həmçinin Xocalı soyqırımı ilə bağlı sərgi təşkil olunub. Azərbaycanlı gənclər Polşa hökumətini bu qətliama səssiz qalmamağa və ədalətli qiymət verməyə çağırıb. Bundan əlavə, Polşa Azərbaycanlıları Şurası Polşa Seyminin bütün deputatlarının şəxsi emaillərinə Xocalıya Ədalət bəyanatı göndərilib.


Create Account



Log In Your Account