Sep 11 2019 15:38
Views: 580

Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə sentyabrın 13-də Bakıda VII Arena Polo üzrə Dünya Kuboku start götürəcək. Turnirdə Azərbaycan, Rusiya, Almaniya və İsveçrənin komandaları iştirak edəcək. Hər komanda üç oyunçu ilə təmsil olunacaq. Azərbaycan idmançıları yarışlara hazırlığı yekunlaşdırmaq üzrədir. "Elite Horse & Polo Club Baku"nun heyəti tamamilə azərbaycanlılardan təşkil olunub.
Püşkatmanın nəticələrinə əsasən ilk oyun "Elite Horse & Polo Club Baku" və İsveçrənin "Evviva Polo Club St. Moritz" arasında oynanılacaq. Final görüşü isə sentyabrın 15-də baş tutacaq. Mütəxəsisslər Azərbaycan komandasının şanslarını yüksək qiymətləndirirlər.
Gələn ilin sentabrinda  baş tutacaq polo üzrə Avropa çempionatına da Azərbaycan ev sahibliyi edəcək.


Create Account



Log In Your Account