Apr 19 2018 18:23
Views: 577

Keçmiş prezident Serj Sarkisyanın baş nazir təyinatından sonra paytaxt Yerevanı bürüyən etiraz aksiyalarının miqyası genişlənir. Bu gün səhərdən nümayişçilər bəzi dövlət binalarının, o cümlədən Ermənistan Xarici İşlər Nazirliyi, eləcə də Təhsil və Elm nazirlikləri yerləşən binanın önünə toplaşıblar. Müxalif millət vəkili Nikol Paşinyan tərəfdarlarını dövlət qurumlarının girişlərini bağlmağa, işçiləri "məxməri inqilaba" qoşulmağa çağırıb. Beynəlxalq ekspertlər hesab edirlər ki, etiraz aksiyasının geniş vüsat almasının bır sıra səbəbləri var.
Yerevanda Serj Sarkisyanın baş nazir təyinatına etiraz əlaməti olaraq keçirilən aksiyalarda saxlanılanların sayı 90-nı keçib. Polis aksiyaları xüsusi amansızlıqla dağıtmaqdan çəkinmir. Nümayişçilərə qarşı güc tətbiq edilir. Ekspertlər bildirirlər ki, Sarkisyan rejiminin aksiya iştirakçıları ilə qəddar davranacağı gözlənilən idi.
Qeyd edək ki, Serj Sarkisyanın baş nazir vəzifəsinə seçilməsinə qarşı etiraz aksiyaları təkcə Ermənistanı əhatə etmir. Dünyada yaşayan ermənilər də bu təyinata etiraz edirlər. Amerika Birləşmiş Ştatları və Fransanın müxtəlif şəhərlərində keçirilən aksiyalarda “Addım at, Serji rədd elə” kimi şüarlar səsləndirilib. Aksiya iştirakçıları Serj Sarkisyanın portretini də yandırıblar.  Ermənistandakı gərginlik Amerika Birləşmiş Ştatlarının da diqqətindən yayınmayıb. Dövlət Departamenti bəyanat yayaraq hökumət orqanlarını nümayişçilərə maneə törətməməyə, hər hansı təxribatdan və ya zorakılıqdan  çəkinməyə çağırıb. Bu arada Avropa ittifaqının Ermənistandakı nümayəndə heyəti və Avropa İttifaqı ölkələrinin səfirləri də ermənistan hakimiyyətini məsuliyyətli olmağa çağırıblar. Onlar yerli müxalifət və iqtidr arasında vasitəçilik etməyə hazır olduqlarını bildiriblər.


Create Account



Log In Your Account