Jan 24 2019 18:54
Views: 595

Ermənistanla Azərbaycan arasında artıq daha yüksək səviyyəli rəsmi danışıqların başlanması üçün münbit şərait təmin edilib. Bunu millət vəkili, politoloq Elman Nəsirov Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşınyanın Davosda keçirilən qeyri-rəsmi görüşünü şərh edərkən deyib. Bildirib ki, bu danışıqlar indiki reallıqda münaqişənin həlli ilə bağlı pozitiv nəticələrə gətirib çıxara bilər.
Politoloq bildirib ki, Prezident İlham Əliyevlə Ermənistanın baş nazirinin görüşünün 1 saat yarım çəkməsi də diqqətlərdən yayınmayıb. Bu da onu göstərir ki, məzmunlu danışıqlar olub.
Millət vəkili, politoloq Hikmət Babaoğlu bildirib ki, Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri arasında baş tutan görüş qeyri-rəsmi olsa da problemin müzakirəsi baxımından müsbət tendensiyadır.
Hikmət Babaoğlu bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunması Ermənistanın xilas yoludur. Qeyd edib ki, kommunikasiyalar açılmasa, iqtisadi münasibətlər bərpa olunmasa yeni siyasi hakimiyyət heç bir vədini yerinə yetirə bilməyəcək. Bu da Ermənistan hakimiyyətinin fiaskosuna gətirib çıxaracaq.


Create Account



Log In Your Account