Jun 14 2019 18:57
Views: 440

Portuqaliya Azərbaycanın Avropanın enerji təchizatında oynadığı rolunu yüksək qiymətləndirir. Bunu Portuqaliyanın Milli Günü münsibətilə Bakıda keçirilən tədbirdə bu ölkənin Azərbaycandakı səfiri Paula Da Silva deyib. Səfir Portuqaliyanın Milli Gününü Azərbaycanda qeyd etməkdən məmnunluq hissi keçirdiyini vurğulayıb. Qeyd olunub ki, son illər iki ölkə arasında turizm, mədəniyyət və ticarət sahələrində əməkdaşlıq genişlənir.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Portuqaliya xalqını Azərbaycan hökuməti və xalqı adından təbrik edib. Nazir bildirib ki, Azərbaycan və Portuqaliya arasında diplomatik əlaqələr 1992-ci il avqustun 4-də yaradılıb. Qeyd edib ki, iki ölkə arasında siyasi əlaqələr yüksək səviyyədədir. Nazir dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf edəcəyinə və genişlənəcəyinə əminlik ifadə etdi.


Create Account



Log In Your Account