Jun 01 2020 18:24
Views: 415

Post-pandemiya dövründə ilk növbədə daxili turizmin inkişafı prioritet istiqamət olacaq. Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev “Bərpaya doğru yol” mövsuzunda video konfransda belə deyib.  Bildirib ki, ortamüddətli planda daxili turizmin inkişafı üçün xüsusi proqramların qəbul edilməsi nəzərdə tutulur. Fuad Nağıyev qeyd edib ki, turizmdə normallaşma prosesi dörd mərhələdə nəzərdə tutulub. İlkin mərhələdə təlimlərin keçirilməsi, yeni onlayn platformanın yaradılması, xarici marketinq strategiyasında dəyişiklik, ölkədaxili turizm kampaniyasının təşviq edilməsi və sənayenin dəstəklənməsi, ikinci mərhələdə daxili turizmin bərpası, üçüncü və dördüncü mərhələdə isə artıq sərhədlərin ilk növbədə qonşu və daha sonra digər ölkələrlə açılması planlaşdırılır.

Dünya Turizm Təşkilatının təşəbbüsü ilə keçirilən videokonfransda pandemiyanın bu sektora təsiri və vəziyyətdən çıxış yolları, post-pandemiya dövründə turizmin inkişafı müzakirə olunub. BMT-nin Dünya Turizm Təşkilatının Baş Katibi Zurab Polokoşvili  turizmin böhranlardan sonra hər zaman daha güclü inkişaf etmək qabiliyyətinə malik olduğunu, tezliklə əvvəlki inkişaf sürətinə geri qayıdacağına inamını ifadə edib.


Create Account



Log In Your Account