Nov 04 2019 18:54
Views: 230

 

Rusiyanın tanınmış jurnalisti Vladimir Poznerin Kaliforniya Universitetində çıxışı zamanı Dağlıq Qarabağın Ermənistanın ərazisi olması ilə bağlı fikirləri onun nasist dünyagörüşünün daşıyıcısı olduğunu göstərir. Tarixçi alim Cəbi Bayramov bu fikirdədir. Poznerin Universitetdə çıxışı zamanı azərbaycanlı tələbə Arzu Məmmədovanın sualı qarşısında çətin vəziyyətə düşdüyünü deyən tarixçi onun azərbaycanlılar haqqında səsləndirdiyi fikirlərin tamamilə qərəzli və yalan olduğunu bildirib.

Jurnalistin istehza ilə dediyi ifadələr bir daha sübut edir ki, Poznerin dünyagörüşü alman nasistlərinin dünyagörüşündən fərqlənmir. 1941-45-ci ildə SSRİ-nin alman faşizminin üzərində qələbənin təmin edilməsində Azərbaycan xalqının müstəsna xidmətlərinin olduğunu deyən tarixçi alim  bildirib ki, azərbaycanlılar bütün dünyanı faşizm bəlasından xilas olmasına töhfə verib. 

Arzu Məmmədova CBC-yə müsahibəsində deyib ki, Vladimir Pozner cavabdan yayınmaq istədiyi anda səlis və düzgün ifadələr seçməyə çalışıb. Tanınmış jurnalistin belə çətin vəziyyətə düşməsi təkcə Azərbaycan mediasının deyil, erməni mediasının da müzakirə predmetinə çevrilib. Arzu deyir ki, mühazirədən sonra ona yaxınlaşaraq cəsarətindən dolayı təbrik edən az olmayıb.


Create Account



Log In Your Account