Mar 09 2019 18:16
Views: 275

Bakıda pravoslavların “Maslenitsa” bayramı münasibətilə kulinariya müsabiqəsi keçirilib. Müqəddəs Mixail Arxangel kilsəsində baş tutan tədbir iştirakçıları ən dadlı və ləzzətli blini bişirilməsi üzrə yarışıblar. Tədbirin məqsədi Böyük Orucluqdan əvvəl pravoslavları bir araya gətirmək, onlar arasında təmasları artırmaq, yeni tanışlıqların yaranmasına kömək etməkdir.

"Maslenitsa" qədim slavyan bayramıdır. Bayram bir həftə boyunca - qışla yazın arasında Böyük Orucluqdan öncə keçirilir. Hər il “Maslenitsa”nın tarixi orucluğun tarixinə görə dəyişir. Xristian ölkələrində “Maslenitsa” böyük coşğuyla qeyd olunur. İnsanlar xalq gəzintisinə çıxırlar, əylənirlər. Bayramda ən əsas yemək isə blinidir. Bakıda bu bayram münasibətilə kulinariya müsabiqəsi ilk dəfə keçirilib. Münsiflərin qərarına əsasən, ən dadlı blini bişirənlərə hədiyyələr təqdim olunub.


Create Account



Log In Your Account