Oct 17 2019 14:56
Views: 218

Bu ilin 9 ayının sosial-iqtisadi göstəriciləri müsbətdir. İqtisadi artım təmin olunub. Bunu prezident İlham Əliyev iqtisadi müşavirədə deyib. Bildirib ki,  qeyri-neft sektorunda iqtisadi artım 3 faizdən çox olub. Bu, onu göstərir ki, şaxələndirmə ilə bağlı tədbirlər öz nəticəsini verir.
Dövlət başçısı görülən tədbirlər nəticəsində kənd təsərrüfatının doqquz ayda 7 faizdən çox artdığını diqqətə çatdırıb. Dövlət borcunun ÜDM-in cəmi 17%-ni təşkil etdiyini deyən prezident İlham Əliyev bu göstəriciyə görə ölkəmizin dünya miqyasında doqquzuncu yerdə olduğunu qeyd edib.
Dövlət başçısı vergidən yayınma halları, korrupsiya ilə  mübarizəyə diqqət çəkib. Ölkədə sosial siyasətin davam edəcəyini bildirib. Azərbaycanda həyata keçirilən islahatları beynəlxalq qurumların yüksək qiymətləndirdiyini xatırladan prezident qeyd edib ki, bu islahatlar davam etdirilməlidir.
Dövlət başçısı həyata keçirilən kadr islahatlarının artıq nəticə verdiyini, amma bu tədbirlərin davam etdirilməsinin vacibliyini qeyd edib. 
Dövlət başçısı bu kimi halların dözülməz olduğunu bildirib. Bəyan edib ki, islahatlara alternativ yoxdur.


Create Account



Log In Your Account