Apr 27 2019 15:52
Views: 190

“Bir kəmər, bir yol” təşəbbüsü nəqliyyat sahəsində yeni imkanlar açmaqla yanaşı, ticarəti, turizmi, xalqlar arasında təmasları təşviq edir və Avrasiya məkanında sabitliyin, təhlükəsizliyin və sülhün bərqərar olması işinə xidmət göstərir. Prezident İlham Əliyev Pekində 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda  “Daha parlaq birgə gələcəyin qurulması” mövzusunda toplantıda çıxışı zamanı belə deyib. Bildirib ki, hazırda Ermənistanın həyata keçirdiyi işğalçı siyasət bölgədə sülh və sabitliyi təhdid edir.
Prezident bildirib ki, Azərbaycan iqtisadiyyatı sabit şəkildə inkişaf edir, qlobal əhəmiyyətli enerji, nəqliyyat layihələri icra olunur. Ölkəmizin üç il öncə Çinlə “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzaladığını xatırladan dövlət başçısı,bildirib ki, müasir nəqliyyat infrastrukturunun yaradılması Azərbaycanın prioritetləri sırasındadır.
Nəqliyyat sahəsinə böyük diqqət ayrıldığını diqqətə çatdıran prezident İlham Əliyev Azərbaycanda 6 beynəlxalq hava limanının fəaliyyə göstərdiyini bildirib. qeyd edib ki, Azərbaycanın sərmayə yatırdığı daha bir əhəmiyyətli nəqliyyat layihəsi Şimal-Cənub dəhlizidir.Dövlət başçısı Azərbaycanın Xəzər dənizində 260 gəmidən ibarət ən böyük donanmaya malik olduğunu, gəmiqayırma zavodunda istənilən növ gəminin inşa edilə bildiyini deyib. Bildirib ki, ötən il Azərbaycanda 15 milyon ton yük və 100 min konteyner yükaşırma qabiliyyətinə malik yeni beynəlxalq Bakı Dəniz Limanı istifadəyə verilib. Gələcəkdə onun imkanları 25 milyon ton və 1 milyon konteynerə qədər artırılacaq.


Create Account



Log In Your Account